“Qafqazinfo” xəbər verir ki, “Sevilya” “Valensiya”ya səfərdə 3-1 hesabı ilə məğlub olsa da,finala adlaya bilib. İlk oyun “Sevilya”nın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Dünənki, matçda isə hər şey “Valensiya”nın lehinə gedirdi. Komanda Fequli və Betonun (avtoqol) fərqlənməsi ilə ümumi hesabı bərabərləşdirə bilib. Jeremi Matyenin vurduğu qol isə “Valensiya”nı finala yüksəltmək üçün kifayət edirdi. Lakin 90+4 dəqiqədə Stefan Mbianın qolu “Sevilya”nı kubokun bir addımlığına aparıb. Görüşdə vurulan qolları təqdim edirik.
İqbal
Son xəbərlər
Son Xəbərlər