Final görüşü başlayır

final-gorusu-baslayir
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Neftçi” və “Bakı” arasında keçiriləcək qarşılaşma ilə Azərbaycanda futbol mövsümünə yekun vurulacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı final görüşü ilə bağlı statistik göstəriciləri təqdim edib:

403-cü cüt

Azərbaycan kubokunun final matçında qarşılaşacaq “Neftçi” və “Bakı” indiyədək bu yarışda üz-üzə gəlməyiblər. Kubokun 20 illik tarixi ərzində 402 müxtəlif cüt bir-biri ilə qarşılaşıb. Lakin bu cütlər arasında “Neftçi” – “Bakı” cütü yoxdur. Bu cüt kubok tarixinə 403-cü cüt kimi düşəcək.

39-cu oyun

Finalda qarşılaşacaq paytaxt təmsilçiləri əvvəllər yalnız Azərbaycan çempionatında görüşüblər. Burada “Neftçi” müxtəlif adlar altında çıxış edən rəqibi ilə 38 dəfə görüşüb. Bunların 23-də “ağ-qaralar”, 8-də “zolaqlılar” qalib gəlibsə, 7 dəfə isə heç-heçə qeydə alınıb. Top fərqində də “Neftçi” öndədir – 57:30.

4-cü stadion

Kubok oyunu ilk dəfə “Dalğa Arena”da keçiriləcək. İndiyədək yalnız 3 stadion həlledici qarşılaşmaya ev sahibliyi etmişdi. Bunlar Tofiq Bəhramov adına Respublika stadionu, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “Şəfa” stadionudur. Yeni arena bu siyahıda 4-cü olacaq.

20-ci final

Mayın 17-dəki final Azərbaycan kubokunun 20-ci həlledici qarşılaşması olacaq. “Neftçi” 6, “Bakı” 2 dəfə oynadığı finalda növbəti cəhdini edəcək. “Neftçi” finalda 1 dəfə uduzsa da 5 qat kubok sahibi olmaqla rekordçudur. “Bakı” isə finalda uduzmayanlardan biridir.

3-cü paytaxt derbisi

Azərbaycan kubokunun final oyunları tarixində 3-cü dəfə həlledici görüşdə eyni şəhərin 2 komandası qarşılaşacaq. Əvvəlki hər 2 halda Bakı təmsilçiləri finalda oynayıb. “Neftçi” və “Bakı” arasındakı paytaxt derbisinə qədər 2001 və 2005-ci illərdə bakılıların finalı olub. 2000/01 mövsümündə “Neftçi” “Şəfa”ya uduzubsa, 4 il sonra “Bakı” “İnter”i məğlub edib. Maraqlıdır ki, hər 2 derbi eyni hesabla başa çatıb – 2:1.

Azərbaycan Kubokunun final görüşləri

Tarix Qalib Finalçı hesab
30.08.1992 “İnşaatçı” (Bakı) “Kür” (Mingəçevir) 2-1 əlavə vaxtda
28.05.1993 “Qarabağ” (Ağdam) “İnşaatçı” (Sabirabad) 1-0 əlavə vaxtda
08.06.1994 “Kəpəz” (Gəncə) “Xəzər” (Lənkəran) 2-0
28.05.1995 “Neftçi” (Bakı) “Kür” (Mingəçevir) 1-0
15.05.1996 “Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) 3-0
28.05.1997 “Kəpəz” (Gəncə) “Xəzri” (Bakı) 1-0
28.05.1998 “Kəpəz” (Gəncə) “Qarabağ” (Ağdam) 2-0
28.05.1999 “Neftçi” (Bakı) “Şəmkir” 0-0 pen. 5-3
28.05.2000 “Kəpəz” (Gəncə) “Qarabağ” (Ağdam) 2-1
25.05.2001 “Şəfa” (Bakı) “Neftçi” (Bakı) 2-1
28.05.2002 “Neftçi” (Bakı) “Şəmkir” +:-
09.05.2004 “Neftçi” (Bakı) “Şəmkir” 1-0 əlavə vaxtda
28.05.2005 “Bakı” “İnter” (Bakı) 2-1 əlavə vaxtda
03.06.2006 “Qarabağ” (Ağdam) “Karvan” (Yevlax) 2-1
28.05.2007 “Xəzər Lənkəran” “MKT-Araz” (İmişli) 1-0
24.05.2008 “Xəzər Lənkəran” “İnter” (Bakı) 2-0 əlavə vaxtda
23.05.2009 “Qarabağ” (Ağdam) “İnter” (Bakı) 1-0
22.05.2010 “Bakı” “Xəzər Lənkəran” 2:1
24.05.2011 “Xəzər Lənkəran” “İnter” (Bakı) 1:1, pen. 4-2