Final matçı Şamaxıda

final-matci-samaxida
Oxunma sayı: 2313

AFFA-nın təşkil etdiyi Region Liqasının yarımfinal və final oyunlarının keçiriləcəyi məkan müəyyənləşib.
 
“Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, "Cəbrayıl” və “Qusar” komandaları arasında keçiriləcək ilk yarımfinal oyunu mayın 14-də saat 16:00-da ASK Arenada keçiriləcək. “Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları arasında keçiriləcək ikinci yarımfinal qarşılaşması bir gün sonra eyni vaxtda, eyni məkanda təşkil olunacaq. 
 
Region Liqasının final qarşılaşması isə mayın 20-də Şamaxı şəhər stadionunda olacaq. Əvvəlcə saat 13:00-da 3-cü yer uğrunda oyun, 16:00-da isə final qarşılaşması keçiriləcək.