Final oyunu üçün təyinatlar açıqlandı

final-oyunu-ucun-teyinatlar-aciqlandi
Oxunma sayı: 993

“Qarabağ” və “Zirə” komandaları arasında keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, mayın 27-də Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma FIFA referisi Elçin Məsiyevə həvalə olunub.

27 may (cümə)
19:00. “Qarabağ” – “Zirə”
Qəbələ şəhər stadionu
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Ehtiyat köməkçi hakim: Kamran Bayramov
Hakim-inspektor: Frits Ştuxlik
AFFA nümayəndəsi: Erkin Hüseynov