Mayın 29-da Bakıda keçiriləcək Avroliqanın final oyununa görə 3 küçədə hərəkət məhdudlaşdırılacaq.
Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbir ərəfəsində paytaxtın Üzeyir Hacıbəyov, Füzuli və Şəmsi Bədəlbəyli küçələrində azarkeşlərin və ölkəmizə gələn digər xarici qonaqların təhlükəsiz, rahat və fasiləsiz hərəkət etmələri üçün həmin ərazilərdə may ayının 29-da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu baxımdan, paytaxt sakinlərindən həmin tarixdə şəxsi nəqliyyat vasitələrindən deyil, ictimai nəqliyyatdan isitifadə etmələri xahiş olunur.
Son xəbərlər
Son Xəbərlər