Final uğrunda son cəhd

final-ugrunda-son-cehd
Oxunma sayı: 648

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bununla da finalçıların adına aydınlıq gələcək.
İlk olaraq meydana “Qarabağ” və “Bakı” komandaları çıxacaq. Quzanlıda baş tutacaq görüşdə “Bakı” evdə aldığı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda isə “Neftçi” “İnter”i qəbul edəcək. İlk oyunda qolsuz bərabərlik qeydə alındığından “flaqman”ın işi çətin olacaq. Belə ki, istənilən qollu heç-heçə “bankirlər”i finala daşıyacaq.

25 aprel (çərşənbə)

Azərbaycan kuboku, yarımfinal mərhələsinin cavab oyunları

16:00. Qarabağ - Bakı (ilk oyun - 1:0)
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.

17:20. Neftçi - İnter (ilk oyun - 0:0)
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

Ceyhun Əhmədov