“Finala çıxmalıyıq” - Ozobiç

finala-cixmaliyiq
Oxunma sayı: 759

“Biz oyunda göstərdik ki, yaxşı komandamız var. Hesab edirəm ki, bu nəticə kifayət qədər yaxşıdır”. “Qafqazinfo” xəbər verir ki, bu sözlər “Qəbələ”nin futbolçusu Filip Ozobiçə məxsusdur.

“Qırmızı-qaralar” Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz səfərdə “İnter”i məğlub edib – 1:3.

Əyalət təmsilçisinin sonuncu qolunun müəllifi saytımıza verdiyi açıqlamada komandasının final şanslarını dəyərləndirib: “Biz bu oyunu yaxşı nəticə ilə geridə qoyduq. İndi cavab oyununa hazırlaşmalı və finala çıxmalıyıq. Ümid edirəm ki, finaldakı komandalardan biri “Qəbələ” olacaq”.

Ozobiç finalda hansı rəqiblə üz-üzəgəlməyin fərqinin olmadığını deyib: “Finalda rəqibimiz hansı komanda olsun? Mənim üçün həlledici oyunda hansı komandanın olmasının fərqi yoxdur. Əsas odur ki, finala vəsiqəni əldə edək”.