“Qafqazinfo” xəbər verir ki, “Atletiko” Madrid öz meydanında “Çelsi”ni qəbul edəcək. Bu tura qədər məğlubiyyət üzü görmədən gələn “Atletiko” “Visente Kalderon” stadionunda “Milan” və “Barselona” kimi komandalara qalib gəlib. Bir neçə həftədir zədəli olan türkiyəli futbolçu Arda Turan zədəsini artıq sağaldıb və belə vacib bir oyunda komandasına yardım edə bilər. “Atletiko” 40 ildən sonra ikinci dəfə Çempionlar Liqasının yarımfinal mərhələsində oynayır.
“Çelsi”də isə bu gün əsas heyət üzvlərindən Eden Hazardın zədə səbəbindən oynanayacağı gözlənilir. Müdafiəçi Bransizlav İvanoviç isə cəzalı olduğu üçün birinci oyunu buraxacaq.
“Atletiko”Madrid və “Çelsi” sonuncu dəfə 2012-ci ildə Super kubok uğrunda oyunda qarşı-qarşıya gəlmiş, görüş “Atletiko”nun 4-1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
22 aprel
Saat 23:45
"Atletiko"Madrid- "Çelsi"
İqbal
Son xəbərlər
Son Xəbərlər