“Qafqazinfo” xəbər verir ki, “Yuventus”- “Benfika” və “Valensiya”- “Sevilya” matçlarından sonra finala yüksələcək iki komandanın adı bəlli olacaq. İlk oyunlara nəzər salsaq, “Benfika”nın “Yuventus” üzərində 2-1, “Sevilya”nın isə “Valensiya” qarşısında 2-0 hesablı qələbə qazandıqlarının şahidi olarıq. Məğlub olan “Yuventus” və “Valensiya” bu gün öz meydanlarında oynayacaqlar. Bu da hər iki kluba finala adlamaq üçün əlavə bir stimul ola bilər. Hər iki matç Bakı vaxtı ilə saat 00:005-də start götürəcək.
1 may
"Yuventus"- "Benfika"
"Valensiya"- "Sevilya"
İqbal
Son xəbərlər
Son Xəbərlər