“Finala vəsiqə bizə heç nə vermir” - Rəşad Sadıqov

finala-vesiqe-bize-hec-ne-vermir
Oxunma sayı: 1763

“İlk dəfə finalda çıxış edəcəyik. Futbolçularımı və azarkeşləri təbrik edirəm".

“Qafqazinfo” xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi”ni penaltilər seriyasında üstələyərək, finala yüksəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra "CBC Sport"a açıqlamasında deyib.

40 yaşlı mütəxəssis gərgin və maraqlı oyuna şahidlik etdiklərini bildirib: “Hər iki komanda taktiki cəhətdən bir-biri ilə mübarizə aparırdı".

Sadıqov mayın 27-də "Qarabağ"a qarşı keçirəcəkləri final oyunu barədə düşünmədiklərini də əlavə edib:

“Son həftəyədək final barədə heç nə fikirləşməyəcəyik. Finala vəsiqə bizə heç nə vermir. Hazırda ən vacib məsələ çempionat oyunlarına köklənməkdir”.