Finalçılar kim olacaq? - Liderlər evdə meydana çıxır

finalcilar-kim-olacaq
Oxunma sayı: 735

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bununla da həlledici qarşılaşmada iştirak edəcək komandaların adına aydınlıq gələcək. 

İlk oyunda səfərdə “İnter”ə 3:1 hesabı ilə qalib gələn “Qəbələ” bu dəfə rəqibini doğma meydanda qəbul edəcək. Böyük ölçüdə cütün taleyinə aydınlıq gətirmiş Roman Qriqorçukun komandası güc sərf etmədən yetərli hesabı qorumağa çalışacaq. 

İkinci görüşdə isə “Qarabağ” “Neftçi” ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası ilk oyunda qazandığı 2:0 hesablı qələbənin davamı gətirmək niyyətindədir.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)

16:30. “Qəbələ” – “İnter”
Qəbələ şəhər stadionu
İlk oyun – 3:1

19:30. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 2:0