Finalçılar məlum olur

finalcilar-melum-olur
Oxunma sayı: 843


“Qafqazinfo” xəbər verir ki, eyni gündə keçiriləcək iki matçla final iştirakçılarının adları bəlli olacaq. “Xəzər Lənkəran”la qarşılaşacaq “Qəbələ” demək olar ki, finala adlamaq məsələsini  həll edib. Çünki ilk oyunda Yuri Syominin  yetirmələri 3-0 hesablı qələbə qazanıblar. Bu nəticənin əvəzini çıxmaq və ən azından 3 cavabsız qol vurmaq “Xəzər” üçün olduqca çətin olacaq. 

Digər bir görüş isə “Rəvan”la “Neftçi” arasında oynanılacaq. Bu cütlüyün ilk oyununda 1-1 hesablı bərabərlik qeydə alınıb. Premyer Liqada sonuncu, 10-cu yern sahibi olan “Rəvan” kubokdan bərk-bərk yapışmaq niyyətndədir.


24 aprel

17:00. "Rəvan" - "Neftçi"

"Bayıl Arena" stadionu

İlk oyun – 1:1


19:00. "Xəzər Lənkəran" - "Qəbələ"

"Xəzər Lənkəran" mərkəzi stadionu

İlk oyun – 0:3

 

 İqbal