“Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, bunun üçün pley-off mərhələsinin ilk görüşündə qələbə qazanan “Azəryol” və “Rabitə” ikinci görüşlərini də qalib kimi başa vurmalıdırlar.
Belə ki, ikinci dəfə “İqtisadçı”nı sınağa çəkəcək Ancelo Versesinin yetirmələrinin üstünlüyü əldən verəcəyi inandırıcı deyil. Çünki ötən il “gümüş”ü yarı bölən komandaların duelində “Azəryol” aşkar favoritdir. Onlar çempionatın əsas mərhələsində də rəqibini 3 dəfə məğlub etməyi bacarıblar.
Onların finalda isə əzəli rəqibləri “Rabitə” ilə qarşılaşacağı gözləniləndir. Çünki tarixi ərzində “Azərreyl”ə uduzmayan Eldar Yusubovun komandasının ikinci matçda da qələbə qazanacağına inam yüksəkdir.
9 aprel
Pley-off mərhələsi, ikinci oyunlar
16:00. “İqtisadçı” – “Azəryol”
İlk oyun: “Azəryol” – “İqtisadçı” - 3:1 (25:16; 17:25; 25:21; 25:14)
19:00. “Azərreyl” – “Rabitə”
İlk oyun: “Rabitə” – “Azərreyl” - 3:1 (22:25; 25:11; 25:23; 25:21)
Qeyd edək ki, “Azəryol” və “Rabitə” uduzarlarsa, rəqibləri ilə üçüncü dəfə oynayacaqlar.
Son xəbərlər
Son Xəbərlər