Finalda birinci hissədə çıxış edəcəyik - Fotolar

finalda-birinci-hissede-cixis-edeceyik
Oxunma sayı: 3165

Ötən gün “Eurovision – 2016” mahnı müsabiqəsində finala vəsiqə qazanan 10 ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mətbuat konfransında püşkatma üsulu ilə ifaçıların səhnədə çıxış sırası müəyyənləşib.

Azərbaycan təmsilçisi Səmra Rəhimli final gecəsinin birinci hissəsində çıxış edəcək. Müğənninin neçənci nömrə altında səhnəyə çıxışı isə ikinci yarımfinaldan sonra bəlli olacaq.

14 may tarixində baş tutacaq final gecəsində Azərbaycan, Niderland Krallığı, Macarıstan birinci, Malta, Avstriya, Kipr, Çexiya, Rusiya, Ermənistan və Avstriya isə ikinci hissədə çıxış edəcək.