Martin Dubravka misli görünməmiş olayın iştirakçısı olub. “Qafqazinfo” xəbər verir ki, “Nyukasl”ın oyunçusu İngiltərə Liqa Kubokunun finalında məğlub olsa da, qızıl medal alıb.
34 yaşlı slovak qapıçı “Nyukasl”da çıxış etsə də, mövsümün əvvəlində “Mançester Yunayted”ə icarəyə verilmişdi. Martin qışda “sağsağanlar”ın düşərgəsinə qayıdıb, amma bunadək “qırmızı şeytanlar”la iki qarşılaşmaya çıxmışdı. Qaydalara görə, onun adının iştirak ərizəsinə düşməsi klubun uğurlarında pay sahibi olması üçün yetərlidir.
Xatırladaq ki, finalda 2:0 hesabı ilə qalib gələn “Mançester Yunayted” 6-cı dəfə Liqa Kubokunun sahibi olub.
Həmçinin oxuyun: Болельщики забросали стадион игрушками - Видео
Son xəbərlər
Son Xəbərlər