“Təlxək” məşhur bloger Vitali Zdoroveski imiş, o, Almaniya yığmasının oyunçusu Benedikt Hevedusun yanına qaçaraq onu öpməyə çalışıb.
Xuliqanı sahədən mühafizəçilər çıxarıb. Bütün bu olanlardan sonra Zdoroveski Twitter-də: “Nəhayət ki, məşhuram” yazıb. Bu sözləri ilə yanaşı Hevedusla çəkilən şəklini də əlavə edib.
Xatırladaq ki, DÇ-2014 final matçı Almaniya və Argentina arasında Rio-de-Janeyroda “Marakana” stadionunda keçirilib. Oyun 1:0 almanların xeyrinə başa çatıb. /oxu.az/
Son xəbərlər
Son Xəbərlər