Finalın bir addımlığında

finalin-bir-addimliginda
Oxunma sayı: 791


 “Qafqazinfo” xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Hacı Əliyev yarımfinala yüksəlib. Yarışa 1/16 final mərhələsindən qoşulan Hacı ilk olaraq ukraynalı Vasil Şuptarı mübarizədən kənarlaşdırıb(14:2). 1/8-də polşalı güləşçi Kristof  Bieonkovski ilə qarşılaşan təmsilçimiz 10:0 hesablı rahat qələbə əldə edib. Hacının növbəti böyük hesablı qələbəsi ¼ finalda olub. Bu mərhələdə moldovalı Andre Perpelitalyla mübarizə aparan güləşçimiz 11:0 hesablı qələbə əldə edərək adını yarımfinala yazdırıb. Yarımfinalda Hacı Əliyevin rəqibi kubalı Yovlis Bonne olacaq.


İqbal