Finalın bir addımlığında olanlar

finalin-bir-addimliginda-olanlar
Oxunma sayı: 833


“Qafqazinfo” xəbər verir ki, Braziliya Almaniya ilə qarşılşacaq. Ev sahibi Braziliya bu matça ciddi itkilərlə çıxacaq. Sambaçıların əsas heyət üzvlərindən olan Neymar və Tiyaqo Silva  komandaya yardım edə bilməyəcəklər. Məlum olduğu ki, Neymar Kolumbiya ilə keçirilən ¼ final mərhələsi görüşündə ciddi zədələnib. Elə həmin matçda Tiyaqo Silva da sarı vərəqə limitini doldurub.

 Almaniya isə Braziliyadan fərqli olaraq daha optimal heyətlə mübarizə aparacaq. Avropalılar ev sahibi ilə müqayisədə favorit görünürlər. Bu möhtəşəm oyun Bakı vaxtı ilə saat 01::00-da start götürəcək.  

 Saat 01:00

Braziliya-Almaniya

Baş hakim Marko Rodrigez(Meksika)

 

İqbal