Azərbaycan kubokunun final oyununun təyinatları açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, “Qarabağ”la “Qəbələ” arasında sabah keçiriləcək oyunu Fariz Yusifov idarə edəcək.
Onun köməkçiləri Vaqif Musayevlə Namiq Hüseynov olacaq. Naxçıvanda təşkil olunacaq qarşılaşmaya FİFA referilərindən biri də təyinat alıb. Əliyar Ağayev matçda dördüncü hakim olacaq.
Qeyd edək ki, Fariz Yusifov bu mövsüm artıq 3-cü dəfədir ardıcıl "Qarabağ" - "Qəbələ" oyununu idarə edir.
Azərbaycan kuboku
Final
5 may (cümə)
“Qarabağ” – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Namiq Hüseynov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Əli Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Naxçıvan Muxtar Respublika stadionu
Son xəbərlər
Son Xəbərlər