“Qafqazinfo” xəbər verir ki, Braziliyada keçirilən dünya çempionatının qalibi və ikincisi bu gün yenidən üz-üzə gələcəklər. Almaniya-Argentina matçı yoldaşlıq xarakteri daşımasına baxmayaraq maraqla izlənəcək.
Miroslav Kloze, Lam, Per Mertizaker kimi təcrübəli futbolçular artıq Almaniya millisində oynamayacaqlar və bugünkü matçı yalnız azarkeş kimi izləyəcəklər. Lakin almanları dünya çempionu edən Yöahim Löv yeni heyət qurmaqda çətinlik çəkməyəcək. Zədə səbəbindən Braziliyadakı dünya çempionatını buraxmaq məcburiyyətində qalan Marko Royz da artıq zədəsini sağaldıb və oynaya biləcək vəziyyətə gəlib. Argentina isə əsas ümidi Lionel Messi olmadan matça çıxacaq. Zədə dünya ulduzunu bu görüşdən uzaq salıb.
Almaniya-Argentina matçı Bakı vaxtı ilə saat 23:45-dən etibarən start götürəcək.
İqbal
Son xəbərlər
Son Xəbərlər