Avropa çempionu İspaniya və Amerika Kubokunun qalibi Argentina milliləri arasında baş tutacaq “Finalissima” matçının tarixi dəyişdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə idman jurnalisti Qaston Edul məlumat yayıb.
Onun sözlərinə görə, 2025-ci ilin təqvimində boş yer olmadığından görüşün 2026-cı ildə keçirilməsi planlaşdırılıb.
İspaniya və Argentina sonuncu dəfə 2018-ci ilin martında yoldaşlıq görüşündə qarşılaşıb və ispanlar 6:1 hesabı ilə böyükhesablı qələbə qazanıblar.
Qeyd edək ki, “Finalissima” UEFA və Cənubi Amerika Futbol Konfederasiyası arasında 2028-ci ilə qədər müddəti olan memorandum çərçivəsində keçirilir. İlk “Finalissima” 2022-ci ildə baş tutub. Argentina yığması İtaliyanı 3:0 hesabı ilə məğlub edib.