Finalöncəsi dava - 10 polis yaralandı+Video

finaloncesi-dava
Oxunma sayı: 2337

Xəbər verdiyimiz kimi, bu gün Albaniyanın paytaxtı Tiranada UEFA Konfrans Liqasının finalı baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, “Roma” və “Feyenoord” arasında keçiriləcək həlledici oyundan öncə iki komandanın azarkeşləri arasında dava düşüb. 

Belə ki, italiyalı və niderlandlı tərəfdarlar arasında Tiranın 3 yerində böyük insident olub. Nəticədə aranı sakitləşdirmək istəyən 10 polis yaralanıb. 

Ən azı 50 azarkeş də saxlanılıb. 

Polislərin yararlanmasına səbəb isə italiyalı azarkeşlər olub. Onlar polisə daş və dəyənəklərlə hücum ediblər. 

Qeyd edək ki, bu gün Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.