“Finlandiya İsveç olmadan NATO-ya daxil olmayacaq”

finlandiya-isvec-olmadan-nato-ya-daxil-olmayacaq
Oxunma sayı: 1877

Finlandiya İsveç olmadan NATO-ya daxil olmaq fikrində olmadığını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.

“Mən deyirəm ki, İsveçin məsələsi bizim məsələmizdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik. Finlandiya İsveç olmadan NATO-ya daxil olmaq fikrində deyil”, - deyə Niinistö bildirib.

O bildirib ki, İsveçin Türkiyə ilə problemləri həll olmasa, Finlandiya onları dəstəkləyəcək.

Qeyd edək ki, İsveç və Finlandiya Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra rəsmi olaraq NATO-ya üzv olmaq qərarına gəliblər. Türkiyə isə bu qərara qarşı olduğunu bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan buna səbəb kimi Finlandiya və İsveçin “terrora dəstək” olduğunu bildirib.