Finlandiya Rusiya sərhədinə tikanlı məftil çəkəcək

finlandiya-rusiya-serhedine-tikanli-meftil-cekecek
Oxunma sayı: 1243

Rusiya və Ukrayna arasında davam edən müharibə səbəbindən Finlandiya Rusiya ilə sərhədində tikanlı məftil çəkməyə qərar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda  Finlandiya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bununla hibrid təhdidlərdən qorunmaq üçün Rusiya sərhədində təhlükəsizliyin artırılacağı bildirilib.

Moskvanın immiqrantlardan siyasi təzyiq göstərmək üçün istifadə edə biləcəyindən narahat olan Helsinki Rusiya ilə 1300 kilometrlik şərq sərhədində daha möhkəm hasarların tikintisini asanlaşdıracaq qanunvericiliyə dəyişikliklər etməyi planlaşdırır.

Hazırda ölkə sərhədlərində heyvanların yanlış tərəfə keçməsinin qarşısını almaq üçün taxta hasarlardan istifadə olunur.

Hasarın tikintisi ilə bağlı dəyişikliklərin "ən qısa zamanda" qüvvəyə minməsi planlaşdırılır.