Finlandiyada 130 məktəbli karantinə alındı

finlandiyada-130-mektebli-karantine-alindi
Oxunma sayı: 1295

Helsinkidə koronavirusa yoluxma şübhəsi ilə bağlı 130 şagird karantinə alınıb.

“Qafqazinfo” TRT Haber-ə istinadən xəbər verir ki, Finlandiyada daha 3 nəfərdə koronavirusa yoluxma halı aşkar edildikdən sonra virusa yoluxanların sayı 6-ya çatıb. Helsinki bölgəsində isə 130 məktəbli Covid-19-a yoluxma şübhəsi səbəbiylə karantinə alınıb.

"Helsinki bölgəsində bir orta məktəbdə 6-cı sinifdə oxuyan və xəstəliklə əlaqəli yüngül simptomları olan 130 şagirdi karantinə göndərdik. Bu şagirdlər ailələri ilə birlikdə 14 gün evdə qalacaq və təhsillərini distant təhsil sistemi vasitəsilə alacaqlar”,- deyə Helsinki və Uusima Regional Xəstəxanasının tibbi direktoru Asko Jervinen açıqlama verib.

Orxan Məmməd