Finlandiyadakı soydaşlarımız Oxçuçayla bağlı beynəlxalq təşkilatlara müraciət etdi

finlandiyadaki-soydaslarimiz-oxcucayla-bagli-beynelxalq-teskilatlara-muraciet-etdi
Oxunma sayı: 1439

Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova ölkəmizin Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib. 

Bu barədə "Qafqazinfo"ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. 

Müraciətdə bildirilib ki, Finlandiyada yaşayan azərbaycanlı icmasını Oxçuçay fəlakəti çox narahat edir: "Azərbaycanlı əsilli fin kimi Sizdən kömək istəyirəm. Söhbət Almaniyanın "Cronimet" şirkətindən gedir. Bu şirkət ətraf mühitin qorunması üzrə tədbirlər görməli və həyata keçirdiyi ekoloji cinayətlərə son qoymalıdır".  

Qeyd edək ki, Ülviyyə Cabbarova bu problemin müzakirə olunması məqsədilə "Cronimet" şirkətinin Finlandiyadakı nümayəndəliyinə də müraciət ünvanlayıb.