Finlandiya prezidenti Sauli Niinistö Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
"Qafqazinfo" xəbər verir ki, məktubda bildirilir ki, Finlandiya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbriklərimi qəbul edin.
"İki onillikdən artıq davam edən ikitərəfli əməkdaşlıq bizə bir sıra ortaq nailiyyətlər qazandırmışdır. Əminəm ki, biz gələcəkdə daha yüksək əməkdaşlığın şahidi olacağıq.
Cənab Prezident, ən dərin ehtiramımı, ölkənizə sülh və firavanlıq arzularımı qəbul edin".
Son xəbərlər
Son Xəbərlər