Finlandiyanın sabiq prezidentində koronavirus aşkarlandı

finlandiyanin-sabiq-prezidentinde-koronavirus-askarlandi
Oxunma sayı: 868

Finlandiyanın keçmiş Prezidenti Marti Axtisaarinin koronavirusa yoluxduğu məlum olub.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, 82 yaşlı Axtisaaridə infeksiya bu gün səhər aşkarlanıb. Hazırda eks-prezidentin səhhətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, Marti Axtisaari Finlandiyaya 1994-2000-ci illərdə rəhbərlik edib.