Finlandiyanın yeni Prezidenti Aleksandr Stubb keçirdiyi ilk mətbuat konfransında bildirib ki, xüsusi hərbi əməliyyat davam etdikcə Rusiya ilə demək olar ki, heç bir əlaqəsi olmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “BBC” məlumat yayıb.
Stubb Finlandiyanın maraqlarını hər şeydən üstün tutacağına və ölkəsi üçün birləşdirici amil olacağına söz verib:
“Bizim Rusiya ilə sərhədçilərimiz arasında praktiki səviyyədə, diplomatlarımız və bürokratlarımız arasında diplomatik səviyyədə münasibətimiz var idi. Lakin hazırda Rusiya ilə heç bir siyasi əlaqəmiz yoxdur. Yaxın gələcəkdə də vəziyyətin yaxşılaşacağını düşünmürəm”.