Finlandiyaya giriş qaydaları açıqlandı

finlandiyaya-giris-qaydalari-aciqlandi
Oxunma sayı: 1776

Finlandiya parlamenti ölkəyə giriş üçün yeni qaydaları təsdiqləyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, vaksinasiya kursundan tam keçən və son 6 ayda koronavirusa yoluxub sağalmış şəxslərdən ölkəyə giriş zamanı koronavirus testi tələb olunmayacaq. Finlandiyaya gəlməzdən 3-4 gün əvvəl verilmiş COVİD testi olanlara da ölkəyə giriş sərbəstdir.

Bundan əlavə, COVİD testi mənfi olan, lakin ikikomponentli peyvəndlərdən yalnız birini vurduran şəxslər Finlandiya ərazisində də test verməlidir. Yaşı 15-dən az olanlar üçün arayış tələb edilməyəcək.