Fiqurlu konkisürmədə təmsilçimiz finala yüksəldi - Fotolar

fiqurlu-konkisurmede-temsilcimiz-finala-yukseldi
Oxunma sayı: 2051

Bu gün “Pekin-2022” Qış Olimpiya Oyunlarında Azərbaycanı fiqurlu konkisürmədə təmsil edən Yekaterina Ryabova yarışların qısa proqramında öz çıxışını edib.

"Qafqazinfo" xəbər verir ki, təmsilçimiz 30 idmançı arasında 61.82 xal toplayaraq 16-cı pillədə qərarlaşıb.

Yekaterina Ryabova əldə etdiyi nəticəyə əsasən fevralın 17-də sərbəst proqram üzrə təşkil olunacaq yarışda iştirak hüququ qazanıb.

Təmsilçimiz 24 idmançı ilə birgə öz gücünü sınayacaq.