Firmadan oğurluq edənlər tutuldu

firmadan-ogurluq-edenler-tutuldu
Oxunma sayı: 647

İyulun 17-dən 21-dək olan müddətdə Bakı şəhər sakini Vaqif İsmayılova məxsus, Z.Bünyadov prospektində yerləşən firmadan oğurluq etməkdə şübhəli bilinən digər şəxs Ağdam rayon sakini, əvəllər məhkum olunmuş Aqil Mustafayev iyulun 25-də yaxalanıb.

İyulun 25-i saat 16:30 radələrində Zirə qəsəbəsində Bakı şəhər sakini Bəhman Zeynalov idarə etdiyi “Hyundai” markalı avtomobili idarəetmənin itirilməsi nəticəsində aşırıb. Nəticədə, B.Zeynalov hadisə yerində ölmüş, sərnişinləri Fərhad Əliyev və Abid Məmmədov 3 saylı xəstəxanaya yerləşdiriliblər.

Sabunçu RPİ 14-cü PB əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bilgəh qəsəbəsi XX Qurultay küçəsində yaşayan Hafiz Əliyevin evinin həyatyanı sahəsindən çəkisi 32 qramdan artıq 15 ədəd çətənə kolu aşkar edilib.