Firudin Qurbanov Tacikistan səfiri ilə görüşüb - Foto

firudin-qurbanov-tacikistan-sefiri-ile-gorusub
Oxunma sayı: 1569

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Təhsil nazirinin müavini Firudin Qurbanov Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, F.Qurbanov son illər təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. 

O, çıxışında qeyd edib ki, Dövlət Strategiyasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülür.

Rustam Soliyev göstərilən diqqətə görə Firudin Qurbanova dərin minnətdarlığını bildirib və ölkələr arasında qardaşlıq münasibətlərinin inkişafından danışıb. Tacikistanda aparılan islahatlar və yeniliklər haqqında məlumat verən səfir Rustam Soliyev Azərbaycan ali təhsil ocaqlarında təhsil alan tacikistanlı tələbələr barədə danışaraq növbəti tədris ili üçün bu tələbələrin sayının artırılacağına ümidvar olduğunu bildirib.