Firuzə İbadovanın qardaşı oğlu müharibədə itkin düşüb

firuze-ibadovanin-qardasi-oglu-muharibede-itkin-dusub
Oxunma sayı: 2899

“Bilirsiz ki, bizim evdə kişi xeylağı yoxdur. Hərdən deyirlər ki, sizin ev elə bil qadın pansionatıdır. Mənim anam həm ananı, həm atanı əvəz edirdi. Lənkərandan bütün qohumlar, dostlar, tanışlar - hamı dəstək oldu. Kişisiz ev idi, qoymadılar “necə edim, nə edim?!”, - deyə düşünüm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova “Söhbət var” verilişində deyib.

Bu ilin martında anasını itirən ifaçı qardaşı oğlunun İkinci Vətən müharibəsində itkin düşdüyünü açıqlayıb:

“Anam müharibə ərəfəsində çox üzüldü. Əmim nəvəsi Rauf şəhid oldu. Qardaşım oğlu itkin düşüb. Hələ də ondan səs-soraq yoxdur”.