Fitch AccessBank-ın kredit reytinqini Investment Grade səviyyəsində təsdiqləyib

fitch-accessbank-in-kredit-reytinqini-investment-grade-seviyyesinde-tesdiqleyib-
Oxunma sayı: 703


“AccessBank-ın investisiya səviyyəsinin BBВ- reytinqi üzrə təsdiqlənməsi Bankın yüksək sabitliyə və dayanıqlı biznes modelinə malik olduğunu təsdiq edir. Əksər MDB ölkələrinin iqtisadiyyatının mürəkkəb şəraitdə mövcud olduğu bir zamanda, bu reytinqin əldə olunması mühüm əhəmiyyət kəsb edir,” – AccessBank-ın Baş Meneceri Michael Hoffmann reytinqin təsdiqlənməsini şərh edərək qeyd edib.   

Reytinqin tam siyahısı aşağıda göstərilir: 

Uzunmüddətli EDR: “Sabit” proqnozla ‘BBB-’ səviyyəsində təsdiqlənib

Qısa müddətli EDR: F3 səviyyəsində təsdiqlənib

Dayanıqlılıq reytinqi: bb- səviyyəsində təsdiqlənib 

Dəstək Reytinqi: 2 səviyyəsində təsdiqlənib

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır.