Fitsonun son vəziyyətini açıqladı - Yenilənib

fitsonun-son-veziyyetini-aciqladi
Oxunma sayı: 5451

Slovakiyanın Baş naziri Robert Fitsonun son vəziyyəti açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robert Kalinyak mətbuat konfransında bildirib.

“Onun vəziyyəti son dərəcə ağırdır. Dua edirik. Hələlik yaxşı xəbərimiz yoxdur. Həqiqətən də vəziyyəti çox ağırdır”, - Kalinyak deyib.

Nazirin sözlərinə görə, baş nazirin əməliyyatı davam edir. Əməliyyat artıq 3 saatdan çox davam edib.

***

Robert Fitsonun əməliyyatı təxminən 3 saat 40 dəqiqə davam edib.

“TA3” telekanalının məlumatına görə, onun vəziyyəti ağırdır, çox qan itirib.

***

Slovakiya Baş nazirinin müavini Tomas Tarab Fitsonun səhhəti haqda danışıb:

“Mən hadisədən şoka düşdüm. Xoşbəxtlikdən əməliyyat uğurlu keçdi. Hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur”.