Fizika, kimya və biologiya müəllimləri üçün yeni dərs vəsaiti

fizika-kimya-ve-biologiya-muellimleri-ucun-yeni-ders-vesaiti
Oxunma sayı: 5609

Təqdimat mərasimini giriş sözü ilə Təhsil Problemləri İnstitutunun Direktor müavini, Kurikulum Mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasov açaraq, müasir Azərbaycan reallığında metodiki vəsaitin əhəmiyyətindən danışıb.

Təqdimatda bildirildi ki, Partners Fondunun mütəxəssisləri və Kopernik Elmi Mərkəzinin alimləri tərəfindən hazırlanmış elmi təcrübələrdən ibarət bu metodiki vəsaitin nəşrində əsas məqsəd fizika, kimya, biologiya dərslərinə və tədqiqat işlərinə şagird marağının artırılmasına aid innovativ Avropa metodologiyasının Azərbaycan ümumtəhsil məktəblərinə gətirilməsinə yardım etməkdən ibarətdir.

Qeyd edildi ki, kitaba Azərbaycan müəllimləri üçün örnək və istiqamət olaraq, fizika fənninə aid 19, kimya fənninə aid 20, biologiya fənninə aid 25 təcrübə nümunəsi daxil edilib. Mənimsənilməsi nəzərdə tutulan bu metodologiyanın tətbiqi sayəsində Azərbaycanın ən kasıb (heç bir labaratoriya şəraiti olmayan) məktəblərində belə, fizika, kimya və biologiya fənləri üzrə elmi təcrübə işləri yüksək səviyyədə həyata keçirilə biləcək. Eyni zamanda dərs məşğələlərinin daha maraqlı qurulması, dərs məşğələlərinə və elmi-tədqiqat işlərinə şagird marağının artırılması təmin edilə biləcək.