Fiziki və əqli qüsurlu uşaqlar üçün Novruz bayramı- - Fotolar

fiziki-ve-eqli-qusurlu-usaqlar-ucun-novruz-bayrami-
Oxunma sayı: 3536


“Qafqazinfo” xəbər verir ki, Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, dr. Qənirə Paşayeva Abşeron rayonundakı 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində rəhbərlik etdiyi ABAİ tərəfindən təşkil olunan Novruz bayramı ilə bağlı tədbirdə iştirak edib və uşaqları təbrik edib. 

Qeyd edək ki, Abşeron rayonundakı  7 saylı  fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində dövlət himayəsində 139 uşaq yaşayır. Xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu olan bu uşaqlar üçün müəssisədə bütün şərait yaradılıb. Müəssisənin direktoru Pərvanə Səfərova uşaqlara göstərilən diqqət qayğıya görə dövlət başçısına təşəkkürünü bildirdi.

 Qeyd etdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da bu uşaqları daim diqqətdə saxlayır. Fondun təşəbbüsü ilə internatda aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı, onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. İnternat evi müasir avadanlıqlarla və dərman preparatları ilə təmin edilib. Balacalara hər zaman bayram əhval ruhiyyəsində omağı arzulayan millət vəkili Qənirə Paşayeva isə bildirdi ki, xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən bu bayram ildən ilə ölkəmizdə daha geniş qeyd olunur. Dövlətimizin imkanları genişləndikcə isə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqət və qayğı da artır.

Qonaqların bayram hədiyyələrindən razı qalan uşaqlar bahara aid müxtəlif mahnılar səsləndirib, birgə rəqs ediblər.