Flora Kərimovanın keçmiş kürəkəni evləndi- - Fotolar

flora-kerimovanin-kecmis-kurekeni-evlendi-
Oxunma sayı: 4687


Xalq artisti Flora Kərimovanın keçmiş kürəkəni evlənib. Nazimin toyu “Karvan” restoranında baş tutub.

Qeyd edək ki, Nazim Flora Kərimovanın qızı Zümrüdlə 10 ilə yaxındır ki, evli olub. Onların bu evlilikdən övladları dünyaya gəlməyib. Onların boşanmaları haqda informasiyanı da müğənni Flora Kərimova təsdiqləyib. O deyib ki, bu barədə geniş danışmaq istəmir: “Bəli, doğrudur. Amma məsələnin heç kimə aidiyyatı yoxdur. Mən anayam, sizin sualınızı cavablandırmaq mənə çətindir. Rica edirəm, bununla bağlı daha heç kim mənimlə əlaqə saxlamasın”.

Keçmiş kürəkən isə subay qalmağın daşını tez bir zamanda atıb və bu gün yeni evlilik həyatına qədəm qoyub.

“Qafqazinfo”nun xəbərinə görə, “ans press”in əməkdaşlarının "Karvan" restoranından reportaj hazırlamaq istəyinin qarşısı elə şadlıq evinin girişində alınıb. Bu baxımdan əməkdaşlarımız bəylə gəlinin xoş günlərindən olan xatirə şəkillərini çəkə bilməyiblər. 

Əməkdaşlarımızın müşahidələrinə görə, toya az saylı qonaq çağırılıb və bu baxımdan qapının girişində hər kəsi 5-6 nəfər qarşılayaraq hansı tərəfin adamı olduğunu soruşublar. Əməkdaşımızın isə "Məni bəyin dostu göndərib, pul atmağa gəlmişəm" deməsi də "mühafizəçiləri" inandıra bilməyib. Onlar isə elə qapının ağzında pul sandıqcasını göstəriblər.