Flora Kərimovayla barışdı

flora-kerimovayla-barisdi
Oxunma sayı: 4161

Xalq artisti Flora Kərimova və müğənni Nadir Qafarzadə küsülülüyə son qoyublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nadir sosial şəbəkədə məlumat yayıb.

Müğənni bildirib ki, heç kimlə küsülü qalmaq istəmir:

“Bu gün xeyir işdə Flora xanımı gördüm. Aramızda inciklik olsa da, yaxınlaşıb görüşməyi özümə borc bildim. Elə də etdim, mən onu sevirəm. Yaşa dolduqca həyata baxışım dəyişir. Heç kimlə küsülü qalmaq istəmirəm. Qorxuram ki, qəfil dünyadan köçərəm, kimdənsə küsülü gedərəm. Bir-birinizin qədrini bilin, onsuz da dünya fanidir”.