ABŞ-ın Florida ştatında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bahama adalarına uçuş edən Piper (PA-32R) təyyarəsi Palm-Biç sahillərində okeana düşüb. Məlumata görə, hava nəqliyyatında 2 nəfər olub, onların axtarışına xilasedicilər cəlb edilib.
Milli Təhlükəsizlik İdarəsi qəza ilə bağlı araşdırma aparır.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər