Floydu öldürən eks-polislə bağlı hökm iyunun 16-da çıxarılacaq

floydu-olduren-eks-polisle-bagli-hokm-iyunun-16-da-cixarilacaq
Oxunma sayı: 1481

Məhkəmənin ötən ilin may ayında qaradərili cinayətkar Corc Floydun düşünülməmiş qətlində təqsirli bildiyi keçmiş polis Derek Şovinə qarşı hökm iyunun 16-da çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CNBC” telekanalı məhkəmənin qərarına istinadən bildirib.

Şovini 40 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. 2020-ci il mayın 25-də o, afroamerikalının saxlanılması zamanı boğucu fənddən istifadə edib. Bundan bir qədər sonra Floyd dünyasını dəyişib. Mayın 26-da Şovini və afroamerikalının saxlanılmasında iştirak edən daha üç polisi işdən kənarlaşdırıblar.

Xatırladaq ki, Floydun ölümündən sonra ABŞ-da kütləvi etirazlar və iğtişaşlar olub. Vaşinqton və Nyu-York da daxil olmaqla, təxminən 40 şəhərdə komendant saatı tətbiq edilib.

Corc Floyd