FMG şirkətinin iştirakı ilə Bilgəh sahili tullantılardan təmizlənib - Fotolar

fmg-sirketinin-istiraki-ile-bilgeh-sahili-tullantilardan-temizlenib
Oxunma sayı: 1862

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Facility Management Group” şirkəti (FMG) “Evimizi qoruyaq!” şüarı ilə təbiətin mühafizəsi məqsədilə müxtəlif layihələrin həyata keçirilməsinə start verib.

“Qafqazinfo” xəbər verir ki, bu istiqamətdə “Facility Management Group” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təmiz ölkəm” aksiyasına qoşulub.

Nazirliyin rəsmiləri və əməkdaşları, “Facility Management Group” şirkətinin rəhbər heyəti və əməkdaşları, eləcə də ekokönüllülərin iştirak etdiyi aksiyada Bilgəh qəsəbəsinin Xəzər dənizi sahilində 3 hektar ərazi tullantılardan təmizlənib. Aksiya zamanı sahil zolağından 1.2 ton tullantı yığılaraq “Təmiz Şəhər” ASC- yə təhvil verilib.

Təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaqdır.

Xatırladaq ki, Facility Management Group əmlak bazarında yeddi ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən ölkənin aparıcı şirkətlərindən biridir.

https://www.facebook.com/fmg.azerbaijan/

https://www.instagram.com/fmg.az/

https://www.linkedin.com/company/fmgazerbaijan