Sosial məsuliyyət layihələrinə xüsusi diqqət yetirən Facility Management Group şirkətinin rəhbərliyi və əməkdaşları Qurban bayramı münasibətilə “Ümid Yeri” uşaq sığınacağında yaşayan balaca dostlarını ziyarət ediblər.
Qafqazinfo” xəbər verir ki, sığınacağa uşaqların baxım və gigiyenası üçün lazım olan təmizlik vasitələri hədiyyə olunub.
Valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla xoş vaxt keçirilib.
Xatırladaq ki, Facility Management Group əmlak bazarında yeddi ildən artıq müddətdir ki, fəaliyyət göstərir. Ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən ölkənin aparıcı şirkətlərindən biridir.
https://www.facebook.com/fmg.azerbaijan/
https://www.instagram.com/fmg.az/
https://www.linkedin.com/company/fmgazerbaijan