“Fәnәrbaxça”nın mәşhur oyunçusu 2 il futboldan uzaqlaşdırıla bilәr

fnrbaxcanin-mshur-oyuncusu-2-il-futboldan-uzaqlasdirila-bilr
Oxunma sayı: 930

Türkiyәnin "Fәnәrbaxça" klubunun müdafiәçisi Gökhan Gönül dopinq testinә "ilişib". "Qafqazinfo" xәbәr verir ki, onun bәdәnindә qadağan olunmuş preparat aşkarlanıb.

Belә ki, "Beşiktaş"la oyundan öncә zәdәlәnәn vә meydana çıxmaq şansı az olan futbolçuya hәkimlәr iynә vurublar. Hәmin iynә sayәsindә meydana çıxa bilәn futbolçunun oyundan sonrakı testdәn keçә bilmәmәsi Gökhana problem yaradıb.

Lakin hәkimlәr müdafiәçiyә vurulan iynәnin içindә olan maddәlәrin tam qadağan olunmuş preparatlar siyahısında olmadığını vә iynәdәn öncә Türkiyә Futbol Federasiyasına mәlumat verdiklәrini deyiblәr. Әgәr mәsәlә hәkimlәrin dediyi kimidirsә, o zaman Gönülü heç bir cәza gözlәmir. Lakin bu sübuta yetirilmәzsә, o, 2 il futboldan uzaqlaşdırılacaq.