Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “İnter” – “Fola” matçından sonra sonra meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze mətbuat konfransı keçirib.
“Qafqazinfo” xəbər verir ki, gürcü mütəxəssis 1:0 hesablı qələbədən məmnun qaldığını bildirib.
- Çətin idi, çox çətin idi. Bunu əvvəldən də bilirdik. Rəqib heç də pis komanda deyil. Bir qədər yorğun idik. Ehtiyat oyunçular skamyamız qısadır. Yaxşı ki, qalib gəldik. “Fola” cavab görüşündə daha çox hücum edəcək. Belədə, müdafiə xəttində yəqin ki, boşluqlar verəcəklər. Əks-hücumları çox təhlükəli idi. Cavab matçına hazırlaşacağıq.
- Pərdis Fərcad Azad 80 dəqiqə ərzində heç nəylə yadda qalmadı. Bu qədər səbri hardan götürdünüz?
- İlk təsnifat mərhələsində Pərdis yaxşı oynamışdı. Görünür yorulmuşdu. Ancaq onun potensialına bələdəm. Fasilədən sonra Pərdis daha yaxşı təsir bağışladı. Yəqin ki, yorğunluq sözünü deyirdi.
- “Fola” sizi nə iləsə təəccübləndirdi?
- Qətiyyən. Nə gözləyirdik, onu da gördük.
Son xəbərlər
Son Xəbərlər