Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısının ictimai – siyasi və humanitar məsələlər üzrə müavini Nəzakət Rüstəmovanın, Mədəniyyətşünaslıq üzrə Elmi – Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru, professor Vilayət İsmayılovun və Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanovun giriş sözü ilə çıxışları nəzərdə tutulub.
Dəyirmi masada tərtib olunmuş proqram əsasında Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin elmi işçisi Atəş Əhmədlinin “Ənənəvi mədəniyyətimizin çağdaş paytaxtları: Balakən folklorunun təbii – sosial və tarixi qaynaqları”, Balakən Rayon Tarix – Diyarşünalıq muzeyinin direktoru Xəlifə Mirəliyevin “Mədəni irsin qorunması və təbliğində muzeylərin rolu”, Balakən şəhər kitabaxanasının əməkdaşı Tahirə Sultanın “Balakənin söz sənəti” mövzularında məruzələri dinləniləcək.
Tədbirdə fəal iştirakına görə Balakən Rayon Mədəniyyət və Turizm Şöbəsinə və bir qrup mədəniyyət işçisinə Mədəniyyətşünaslıq üzrə Elmi – Metodiki Mərkəzin fəxri fərmanı təqdim olunacaq. Sonda bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış edəcək.
Son xəbərlər
Son Xəbərlər