Fond əmanət probleminə aydınlıq gətirdi - Yenilənib

fond-emanet-problemine-aydinliq-getirdi
Oxunma sayı: 2461

"Bağlanan 4 bankda 74100 nəfərlik əmanətçi sayı var. Bütövlükdə 670 milyon manat sığortalanmış əmanət var". "Qafqazinfo" xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, hər 4 bankda requlyator tərəfindən müəyyən təsiredici tədbirlər görülüb:

"Həmin banklarda müəyyən məhdudiyyətlər var. Ag bank 2017- ci ildən təsir tədbiri tətbiq olunub. Əmanət qəbuluna qadağa qoyulub. Bank tərəfindən yetərincə qaydalara əməl olunmayıb. NBC bankda da eyni proses baş verib. Bank tərəfindən əmanət qəbulu davam etdirilib. Biz fond olaraq qanunauyğun şəkildə fəaliyyət göstəririk. Həmin bu əmanətlər sığortalanmış əmanət hesab edilmir. Belə olanda biz əmanəti bloka atırıq. Daha sonra araşdırmalara başlayacağıq.

Rəqəmlər tam toplandıqdan sonra biz Nazirlər Kabineti vasitəsilə Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Bu yayın sonuna kimi problemi vətəndaşların xeyrinə həll edilməsini gözləyirik".

***

Tural Piriyev qeyd edib ki, vətəndaş haqlı olaraq pulunu tələb edir:

""Ag bank" dan 800 müştəri sayı üzrə 49 milyon 176 min bloklanmış əmanət var."NBC" bank da isə 12,8 milyon bloklanmış əmanət var. Qalan iki bankda rəqəm azdır. O banka güvənib pul qoyub. Biz də çalışacağıq ki, onların pulları verilsin. Bilirsiniz ki, "Dəmirbank" la bağlı məsələdə Konstutusiya Məhkəməsinə müraciət zamanı məsələ vətəndaşların xeyrinə həll olundu".

Günel Türksoy