Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ta bildirilib ki, monitorinqlərin keçirilməsində məqsəd elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün ayrılmış vəsaitlərin səmərəli istifadəsinin artırılması, Azərbaycanda alınmış elmi nəticələrin dünya elmi ictimaiyyətinə çatdırılması, nəticələrin nüfuzlu jurnallarda nəşrinə nail olunması, bu işlərə olan elmi istinadların statistikasının araşdırılması, qrantlar üzrə hesabatlarda şəffaflığın təmin edilməsi kimi məsələlərdir.
Monitorinq zamanı elmi nəticələrin nəşr və aprobasiya dərəcəsi də aydınlaşdırılacaq. Beynəlxalq tələblərə uyğun olaraq, layihələrin nəticələri üzrə dərc olunmuş məqalənin və ya hər hansı elmi əsərin sonunda elmi-tədqiqat işlərinin Fondun qrantı tərəfindən dəstəklənməsi və qrantın nömrəsi haqqında məlumat verilir. Fond bir qayda olaraq məqalələrin inkişaf etmiş ölkələrdə nəşr olunan yüksək impakt faktorlu jurnallarda dərcinə üstünlük verir. Bu nəticələr qrant iddiaçılarının növbəti müsabiqələrdə iştirakı zamanı nəzərə alınacaq.
Monitorinqin nəticələri Fondun rəsmi internet səhifəsində işıqlandırılacaq.
Son xəbərlər
Son Xəbərlər