Vətən müharibəsi qazilərinin “YAŞAT” Fonduna müraciəti ilə bağlı qaydalar açıqlanıb.
"Qafqazinfo" xəbər verir ki, Vətən müharibəsində yaralananlarla bağlı yashat.gov.az portalının “Daxil ol” bölməsində qeydiyyatdan keçib, əlilliyi təsdiq edən məlumat və sənədləri qeyd edərək “müraciət et” bölməsinə keçid əldə etmək mümkündür.
Bu bölmədə tələb olunan məlumatları yerləşdirmək və Azərbaycan Prezidentinin Fərmanında öz əksini tapan istiqaməti qeyd etməklə həmin şəxslərin müraciətləri tamamlanır.
İlkin mərhələdə “YAŞAT” Fondu Vətən müharibəsinin şəhid ailələrinin və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərini qəbul edəcək.
Son xəbərlər
Son Xəbərlər